STEROİDLƏR HAQQINDA BİLMƏK İSTƏDİKLƏRİNİZ

Hər kəs öz hədəfinə bir cürə nail olur, bəziləri əziyyət çəkərək, bəziləri isə həmin əziyyət çəkənləri qıraqdan tənqid edərək. Ən çox tənqidə məruz qalanlarda öz hədəflərinə əziyyətlə nail olmuş bodibilderlərdi. Günümüzdə onlara qarşı olunan tənqidlərdən bir nümünə verək: ”Hə nə var ki mənə protein ver məndə bir aya elə olum, hamısı iynə dərmanın zibilidi, ona bax gör nə boyda protein vurub məşqi buraxsın hamısı sallanacaq” kimi tənqidlərlə qarşı qarşıya gəlirlər. Amma biz hammımız bilməliyik ki, həmin o bodibilderlər həmin o yolu özlərinə pul qazanmaq üçün seçiblər və onlar hər şeyin fərqindədirlər. Çoxlarının “protein” adlandırdığı o vasitə əslində Anabolik Steroidlərdir.İndi sizə bu haqda danışacaqlarımızı sıralayaq:

1. Anabolik Steroidlər və onların işləmə mexanizmi,

2. Zərərləri və onlardan qaçınma yolları,

3. Anabolik Steroidlər (Azərbaycanda)

1. Anabolik Steroidlər bəlkədə professional bodibildinqin ayrılmaz parçasıdır. Onlar üç növdə olur tablet, injeksion, gel formada olurlar. Onlar yalnız 25 yaşdan sonra yəni insanın öz təbii testosteronun müəyyən dərəcədə aşağı düşdüyü bir dövrdə qəbul edilir. O yaşa kimi insanın öz testosteronu normal səviyyədə olur. Anabolik steroidlər bir növ süni testosteron növüdür. Hansiki beyində yerləşən hipotalamusa daha çox testosteron ifraz etməyi əmr edir. Hansıkı məşq və ya fiziki iş zamanı insana çox kömək edir. Qanun ilə onlar təbii testosteronu az olan adamlar üçün verilir.

2. Anabolik Steroidlərin hərəsinin özünə görə zərəri var onlar bunlardır:

- Saç tökülməsi

- Akne

- İmpotenciya

- Ginekomastiya (süd vəzlərinin böyüməsi)

- Qaraciyərin zəhərlənməsi və hətda sıradan çıxması və s.

Təbii olaraq bütün bunları qəbul edənlər bunların zərərini bilir və onların yaranmamasınında qarşısını alırlar. Hər bir anabolik steroid kursundan sonra mütləq “Kurs sonrası terapiya” götürülür. Əvvəla bu kurs sonrası terapiya sizin öz təbii testosteronunuzun təzədən öz səviyyəsinə qalxmasına, ginekomastiyanın əmələ gəlməməsində kömək edir. Akne və saç tökülməsinə qarşı mübarizədə bədəni təmiz saxlamaqla aradan qaldırmaq olar.

3. Azərbaycanda steroidlər əsasən bədəni formada saxlamaq və əzələ kütləsini tez böyütmək üçün istifadə olunur.