QARIN ƏZƏLƏSİ ÜÇÜN HƏFTƏLİK MƏŞQ PROQRAMI

Əgər siz həqiqətən mükəmməl qarın əzələlərinə sahib olmaq istəyirsiniz isə, onları vaxt olanda deyil, daim və ağır məşq elətdirməlisiniz.

Bu məqaləmizdə sizlərə həftəlik proqram təqdim edəcəyik ki, bunun köməyi ilə istədiyiniz qarın əzələlərinə sahib olmaq fürsətini əldə edə biləcəksiniz. Göstərdiyimiz proqramda hər bir hərəkəti 10-30 dəfə təkrar ilə (bu sizin hazırlıq səviyyənizdən asılıdır) yerinə yetirməlisiniz. Əgər məşqlər statik xarakter daşıyırsa, burada siz 30-60 saniyə prinsipindən istifadə etməlisiniz. Məşqlər arasında fasilə yoxdur. Hər gün dairəvi şəkildə 5 dəfə yerinə yetirməlisiniz. Hər bir sikl arasında 60 saniyə istirahətə icazə var.

Bazar ertəsi

1. Ayaqlar qaldırımış vəziyyətdə bədənin qaldırılması (knees up crunch).

2. Ayaqların aşağı salınması (legs lower).

3. Statik duruş (plank).

4. Yan tərəflərə statik duruş (side plank).

5. Supermen (superman).

Çərşənbə axşamı

1. Rus dönmələri (russian twist).

2. Kitab (jackknife).

3. Ayaqların bədənə yığılması (reverse crunch).

4. Dönmələr (sit up).

5. Oturaraq qayçı hərəkəti (seated flutter kick).

6. Velosiped (bicycle).

Çərşənbə

1. Kitab (jackknife).

2. Burğu (corkscrew).

3. Velosiped (bicycle).

4. V şəklində statik duruş (V sit).

5. Dönmələr (sit up).

6. Diaqonal toxunuşla kitap (jackknife crossover).

Cümə axşamı

1. Baş üzərində uzadılmış əllər ilə bədənin qaldırılması (arms up crunch).

2. Qayıq statik duruşu (aquaman).

3. Çevrilmələr (catch).

4. Düz bel üstündə statik duruş (dish).

5. Yanlara qalxma (oblique crunch).

Cümə

1. Dabana toxunuş (heel touch).

2. Rus dönmələri (russian twist).

3. Kəsişmələr ilə qayçı (crisscross).

4. Oturaraq qayçı (seated crisscross).

5. Ayaqların aşağı salınması (legs lower).

6. Ayaqların bədənə yığılması (reverse crunch).

Şənbə

1. Ayaqlar qaldırımış vəziyyətdə bədənin qaldırılması (knees up crunch).

2. Kəsişmələr ilə qayçı (crisscross).

3. Bədənin qaldırılması (crunch).

4. Ayaqların aşağı salınması (legs lower).

5. Dabana toxunuş (heel touch).

6. Qayçı (flutter kicks).

Bazar

İstirahət

Mənbə: idol.az