QAÇIŞIN İNSAN BEYNİNƏ TƏSİRİ

Qaçış zolağında ayaqlarını yerə vurmağa başladığın zaman beynində və bədənində nələr baş verdiyini nevroloq Ben Martinoqa izah edir.

Diqqətimizi toplamağa ehtiyac olanda, işdə keçən stresli günün ardından ya da ən sadə şəkildə pəhrizimizi dəstəkləyən bir fəaliyyət axtararkən ilk ağlımıza gələn qaçışdır. Meditativ təsiri ilə birlikdə az əvvəl sıraladığımız bütün vəziyyətlərdə həqiqətən kömək etdiyi elm adamları tərəfindən təsdiq edilir. Nevroloq Ben Martinoqa "Həyatın öhdəsindən gəlmək üçün hərəkət etməyə ehtiyacın var." deyir və qaçmağın beyninə etdiyi təsirdən nələr danışdığına bax.

1. Hər qaçışçının sərhədləri var

“Qaçış zamanı bir müddət sonra yorulduğunu hiss etmək normaldır, ancaq əsl uğur bu nöqtədən sonra başlayır.” deyərək Ben Martinoqa olanları danışır. Bədən bu kimi vəziyyətlərdə öz dərmanını özü istehsal edir və endorfinlər bunlardan bəziləridir. Bunların beyin üzərində təsiri əslində xaricdən qəbul edilən stimulant maddələrin təsiri ilə eynidir, ancaq bədən bu maddələri təbii olaraq ifraz etdiyi üçün asılılıq təhlükəsi yoxdur. Qaçarkən sərhədləri aşmaq bəzən çox xoşuna gələcəkdir.

2. Uzun müddətli qaçışlarda beyin kiçilir

Edilən elmi araşdırmalara görə uzun məsafəli marafon qaçanların beyinləri yarış əsnasında kiçilir və bu fərq başlanğıç və bitiş zolağı arasında 6% çata bilir. Benə görə bu intuitiv reaksiyadır və əslində bədəninin yorulması beyninin də yorulması deməkdir. Ölçü baxımından çox kiçik bir orqan olmasına baxmayaraq ümumi kalorinin 20%-ni istifadə edən beyin fiziki bir fəaliyyətdən sonra yorğunluqdan öz payına düşəni mütləq şəkildə alır.

3. Stres sadəcə zehninə təsir etmir

Əgər işdə stresli bir gün keçirmisənsə, bunun bədəninə mütləq şəkildə təsirləri olacaqdır. Beynin idarəetmə mərkəzi sayılan hipotalamus əvvəl hipofiz vəzini hərəkətə keçirəcək və sonra ikisi birdən böyrəküstü vəzlərə siqnal yollamağa başlayacaqlar.” Bunun nəticəsində bədənin adrenalin və kortizol ilə dolmağa başlayacaq.” deyərək Ben prosesi belə izah edir. “Ürək döyüntülərin sürətlənəcək, göz bəbəklərin böyüyəcək, damarlarındakı təzyiq yüksələcək və təngənəfəs olacaqsan. Bu vəziyyətdə diqqətini gördüyün iş üzərində toplamağın mümkün olmayacaq. Əgər belə bir vəziyyətə düşsən səni yenidən normal hala qaytaracaq ən yaxşı dərman hərəkətli bir işlə məşğul olmaqdır. Məsələn qaçış kimi...

4. Qaçmaq üçün doğulmusan

“Buyur, sənin üçün fikirlərini dəqiqləşdirməyi təmin edəcək yaxşı bir səbəb; əgər bəşəriyyətin yaşadığı təkamül prosesinə qısaca nəzər yetirsən, bədəninin qaçmaq üçün yaradıldığını görəcəksən.” deyir Ben. Qaçış, bədəninin idarəsini ələ almağına imkan verəcək mühüm bir işarədir. Qaçarkən çalışdığın işlərdə daha diqqətli olub problemləri həll etməyə başlayacaqsan. Yaddaşın daha yaxşı çalışmağa başlayacaq və işindən nəticə əldə etmək daha asan olacaq.

5. Qaçış fərqindəliyini artırır

Müntəzəm olaraq qaçışa çıxmağın insan üzərində mediativ bir təsiri var və qaçış əsnasında qaçdığın ana fokuslanırsan. Qaçarkən diqqətin nəfəsində, addımlarında və səni əhatə edən məkandadır. “Əgər şansın varsa, bir növ hipnoz vəziyyətinə keçərsən, narahat olacağın heç bir şey olmayan, dünən yaşadığın şeylər üçün hesab vermədiyin, sabah nələr olacağını düşünmədiyin rahat bir yerdə taparsan özünü” deyərək, izah edir Ben. “Gəldiyin bu yer əslində sənin problemlərdən azad olmuş zehni evindir.”

6. Beyin qaçış sonrası ağrıların üçün kimyəvi maddələr ifraz edir

Bu kimyəvi maddələr bədəninizə dərman kimi təsir edir və sizə xoşbəxtlik və gümrahlıq hissi yaşadaraq həyatınıza daha rahat davam etməyinizə kömək edir. Insanlar əsasən çətin qaçış fəaliyyətindən sonra hiss etdikləri yaxşı şeylərdən danışarlar, oynaq, əzələ ağrısı kimi çətinlikləri çox da xatırlamazlar. Psixologiya elminə görə beyin əsasən, xoş xatirələrə üstünlük verir və xoşbəxtlik, uğur kimi nailiyyətəri ön plana çıxarır. Hətta bəzi vəziyyətlərdə beyin fərqli kimyəvi maddələr ifrazını təmin edərək qaçış sonrası ortaya çıxacaq güclü ağrıları belə sakitləşdirmək üçün çalışa bilir.

7. Yaddaşını gücləndirə bilərsən

Qaçmağın yaddaşını gücləndirəcəyindən daha əvvəl bəhs etmişdik, amma bunun qalıcı bir təsir olduğunu bilirdin? Qaçışı dayandırğın zaman fiziki baxımdan əldə etdiyin üstünlükləri zaman keçdikcə itirə bilərsən, amma bu güclənən yaddaşına aid deyil, o qalıcıdır. Gənclər və yaşlılar üzərində aparılan elmi araşdırmalara görə bir aydan çox davam edən müntəzəm məşqlər nəticəsində beyninin hipokampus bölgəsi böyüyür və yaddaşın qalıcı olaraq güclənir.

8. Tənbəl bir bədən tənbəl bir beyin deməkdir

“Bütün gün boş-boş oturmaq çox təhlükəlidir!” deyir Ben. Bu tənbəllik sadəcə bədəninə deyil, yaddaş mələklərinə də zərər verir. Həyatda qalib gələ bilmək üçün hərəkət etməyə ehtiyacın var və edəcəyin kiçik idman hərəkətləri ilə əhəmiyyətli qazanclar əldə edəcəksən.”

9. İlk addım daim ən çətin olandır

İdman geyimini və idman ayaqqabılarını geyinib özünü qapıdan çölə atmaq işin ən çətin mərhələsidir. Bu ilk mərhələdə, beynin bəhanələr tapa bilər və özünlə kiçik münaqişələr yaşaya bilərsən. Ancaq bir az səy göstərərək nəzarəti ələ alsan, davamı mütləq gələcəkdir.

Red Bull