MOTİVASİYA EDƏN FİLMLƏR

Rocky, Million Dollar Baby və başqaları. Bu filmlər səni tər tökmək üçün motivasiya edəcək.

1. Blue Crush

İzlədikcə özünü sahillərə atmaq istəyəcəyin bir film

Michelle Rodriguez və Kate Bosworth-un rol aldığı Blue Crash fit qalmağı ağlına qoyan hər kəsin izləməli olduğu filmlər siyahısında mütləq olmalıdır. İntizamlı və cəsur idmançı Kate hər səhər gün çıxmadan qalxır və əvvəl qaçış, sonra çətin bir məşqlə sörf yarışına hazırlaşır. Bu filmi izlədikdən sonra əgər dəniz kənarında yaşayırsana sən də mütləq sabah səhər idmana başlamaq istəyəcəksən. Göz oxşayan sörf səhnələri və Ace of Base-in insanın qanını qaynadan mahnıları ilə idman etmək insana zövq verir. Bizim də idman edərkən hiss etməli olduğumuz kimi...

2. Forrest Gump

Səbəb axtarma, qaç!

Forrest davamlı qaçan amma əslində nə üçün qaçdığı haqqında çox da düşünməyən bir xarakterdir. Qaçmaq onun için çox təbii və sorğulamağa ehtiyac duymadığı bir vəziyyətdir. Bu klassikanı hər dəfə izlədikdə ayaqqabıları geyinib qaçışa çıxmaq üçün özünə böyük səbəblər axtarmaqdan əl çəkəcəksən.

3. Run Lola Run

Dayanmadan qaç!

Film boyu davamlı qaçan Lolanı gördükcə o yumşaq kreslona yapışıb qalmaq səni narahat edəcək.

4. Rocky 1 - 6

İdman zalına getməyə tənbəllik edirsən? İzlə onda.

Şübhəsiz bütün zamanların ən təsirli məşq səhnələrinə sahib olan Rocky, sadə bir insanın biraz əzm və intizamla peşəkar boksçuya necə çevrildiyindən bəhs edir. Özünə idman proqramı hazırlayarkən, bu filmdə ilham ala biləcəyin bir çox orjinal hərəkətlər tapa biləcəksən.

5. G.I. Jane

İdman zalına yazılmaq üçün bir səbəb daha...

Bir qadının ala biləcəyi ən çətin təhsil nədir deyə düşünürsənsə, sərhədlərini aşmağa kömək edəcək ən düzgün film mütləq G.I. Jane olmalıdır. Çəkilişlərə hazırlaşarkən əsl Amerikan Dəniz Qüvvələri komandası ilə təlimə gedən Demi Moore-u tək əllə jim edərkən gördükdə fitnes hədəflərini bir daha nəzərdən keçirməli olacaqsan.

6. Bring It On

Enerji deposu

Amerikan filmlərində gördüyümüz amiqo qızların şık geyimlər içərisində poza verən tiplər olmadığını və bu işin əsl mənada bədən tərbiyəsi tələb etdiyini əyləncəli bir yolla göstərir. İzlə və ilk fürsətdə bağçaya batut almağı planlaşdır.

7. Million Dollar Baby

Full motivasiya

Həvəskar bir boksçunun həyatından bəhs edən və Hilary Swank-a Oskar mükafatı da qazandıran qəhrəman, hazırlıq mərhələsindəki gerçək məşqlərlə amerikalı aktrisaya 8,5 kilo əzələ kütləsi hədiyyə etməyi bacardı. Ssenaridə də laiq olduğu dəyəri görməmiş bir məşqçi ilə (Clist Eastwood) çalışan Swank, “Bundan heç nə olan deyil” deyilən bir idmançının əzmkarlığı ilə necə böyük uğur qazana biləcəyini göstərir bizə.

8. Step Up 2: The Streets

Səni rəqs etdirəcək bir film

Yalnız bir dəfə izlədikdən sonra özünü həftə sonu trekdə rəqs hərəkətləri edərkən və ya qulaqcıqla soundtrack-ini dinləyib rəqs edərkən görəcəyin bu filmlə həyatına yeni baxış tərzi daxil olacaq. Nə bilmək olar, bəlkə də qismətdə bir küçə-rəqs qrupuyla yeni üfüqlərə yelkən açmaq da var.

9. Flashdance

Bu filmi izldikdən sonra kardionun səviyyəsini artırmaq istəyəcəksən

Hər nə qədər texnika baxımından bir rəqs filmi olsa da özünə məxsus bir kateqoriyaya laiq olan Flashdance, 80-ci illərdə ikonaya çevrilən Jennifer Beals-ın ulduz olduğu bir filmdir. Tərləməkdən heç vaxt qorxmayan və olduqca yüksək enerjili bir xarakteri canlandıran Beals sayəsində hədəflərin üçün həvəslə çalışmağı və xəyallar qurub ardınca gedə bilməyi istəyəcəksən.

MƏNBƏ: RedBull