KREATİN NƏDİR? (İSTİFADƏ QAYDASI)

Kreatin – ət məhsullarında olan xüsusi turşudur. Kreatin sozü də yunan dilindən tərcümədə “ət” deməkdir. Kreatinin əsas və tək məqsədi əzələ hüceyrələrinin fiziki funksionallığını yaxşılaşdırmaq və artırmaqdır, bu səbəbdən heyvan mənşəli məhsullarda və əsasən də ətdə olur.

TARİX:

İlk dəfə kreatin 1835-ci ildə Ejen Şevrelen tərəfindən kəşf olunmuşdur. İlk öncələr buna diqqət ayrılmasa da, zamanla alimlər bu turşunun əzələdə olan miqdarının əzələ gücü ilə düz mütənasib olduğunu dəqiqləşdirmişdirlər. Kreatin həm heyvan və həm də insan orqanizmində olur. Orqanizm özü özlüyündə kreatin yarada bilir, lakin çox cüzi miqdarda.

KREATİNİN TƏSİRİ::

Kreatin hüceyrələrdə olan enerji reaksiyalarının ayrılmaz hissəsidir. Əzələlərdə yığılır. Əzələ birbaşa kreatindən istifadə etmir. Əzələ üçün enerji yığılır. Kreatinfosfat kreatin kimi əzələdə yığılır. Fərqli olan o dur ki, kreatindən daha tez təsir edir.

KREATİNİN ALINMASI:

Qeyd etdiyimiz kimi insan orqanizmi kreatini özü istehsal edir. O, bunu arqinin və qlisin aminoturşularının sintezindən edir. Lakin belə yalnız kiçik miqdarda kreatin yaranır. Bu səbəbdən bir çox idmançılar və idmanla məşğul olanlar kreatini əlavə qəbul edirlər. Beləliklə öz enerji ehtiyantlarını artırırlar.

KREATİNİN XASSƏLƏRİ:

Kreatinin idmanda müsbət təsirlərindən danışdıq. Lakin daha başqaları da vardır. Misal üçün 1973-cü ildə SSRİ alimi Yevqeniy Çazov sübut etmişdir ki, kreatin ürək əzələlərinin fəaliyyətinə müsbət təsir göstərərək, ürəyin fəaliyyətini stabilləşdirir. Həmçinin kreatin qanın turşuluğunu normallaşdırır. Fiziki güc zamanı əzələlərdə süd turşusu yaranır ki, kreatin bunu neytrallaşdırır. Məşqlər arası bərbpaolunma müddətini azaldır. Kreatin müxtəlifliyini nəzərə alaraq, qeyd etmək istəyirik ki, onlar içərisində ən çox istifadə olunan və ən yaxşısı olan kreatin monohidrat, dikreatin malat və kreatin tartratdır. Kreatinin bu formaları qana ən az itki ilə çatır.

KREATİNİ NECƏ QƏBUL ETMƏK LAZIMDIR?:

Bir çox idman qida əlavələrindən fərqli olaraq, kreatinin qəbulu müəyyən sxem üzrə aparılır. Bu kreatinin qanda optimallaşdırılması və ya yalnız onun səviyyəsinin saxlanılması üçün vacibdir. Bütün istehsalçıların öz sxemi olsa da, biz sizlərə optimal olanı təqdim edirik. Qanda kreatinin səviyyəsini optimallaşdırmaq istəyirsiniz isə 1 həftə hər gün 5-6 dəfə 5 qr kreatin qəbul etməlisiniz. Bunu etdikdən sonra kreatinin səviyyəsini saxlamaq üçün 7 həftə gündə 2 dəfə 2,5 qr kreatin qəbul etməlisiniz.

KREATİNİN QƏBUL QAYDASI:

Kreatin səhər ac qarına və əsas yeməklər arası qəbul edilməlidir. Kreatinin daha effektiv olmasını istəyirsiniz isə onu müxtəlif idman enerji içkiləri ilə qarışdıra bilərsiniz. Qeyd etmək lazımdır ki, kreatinin təsiri həmin dəqiqə baş vermir. Bunun üçün o qanda müəyyən səviyyəyə çatmalıdır. Kreatin qəbuluna başladıqdan 10 gün sonra təsiri hiss olunur. Kreatin qəbulu 3 aydan çox olmamalıdır. Arada bir ay fasilə verilməlidir ki, orqanizm kreatin istehal etmək funksiyasını unutmasın.

KREATİNİN ZİYANI:

Kreatin təbii qida əlavəsidir, lakin onun qəbulu öz spesifikasına malikdir. Unutmaq lazım deyil ki, kreatin bir turşudur və o, bütün turşuların xassələrinə malikdir. Xroniki qastridi, mədə xorası olan insanlara kreatin qəbulunda ehtiyatlı olmaları məsləhət bilinir. Yaxşı olar ki, səhər ac qarına qəbul edilməsin və gün ərzində yeməkdən 1-1,5 saat sonra qəbul edilsin. Kreatin bədəndə suyu saxlayır. Bunun ziyanı olmasa da relyef itir. Bir çoxları kreatini atdıqdan sonra relyefi əldə etdiklərindən onun insanı şişirtdiyini iddia edirlər. Düzgün qəbul zamanı fasilələrdə onsuz da su bədəndən gedəcəkdir. Kreatinin insanın hormonal sisteminə heçbir təsiri yoxdur, potensiyaya, qan təzyiginə və yuxuya mənfi təsir etmir. Qəbul zamanı dozanı aşmamaq və yalnız keyfiyyətli kreatinlərin qəbulu məsləhət bilinir. Kreatinin təhlükəsizliyi şübhə yaratmır.

KREATİNİN ƏKS GÖSTƏRİCİLƏRİ:

Baxmayaraq ki, kreatini hətta Parkinson və Alsqeymer xəstəliyi zamanı dərman kimi qəbul edirlər, dozanı aşmaq təhlükəlidir. Gündə 50 qramdan artıq kreatin artıq təhlükəli hesab olunur. Əks göstərici kimi hipolikemiya və laktoasidozu (qanda süd turşusunun qalxması) qeyd etmək olar. Kreatini böyrək xəstəliyi olan və şəkər xəstələri qəbul etməməlidirlər. Məsləhət olunur ki, kreatin yalnız toz və kapsul şəklində qəbul edilsin. Kapsul olan kreatin dozanı nəzarət etmək üçün daha əlverişlidir.

MƏNBƏ: idol.az