KARDİO PROBLEMİ: MƏŞQDƏN ÖNCƏ? YOXSA MƏŞQDƏN SONRA?

Instagramda ən çox gələn direct suallardan birinin cavabını vermək üçün bugün bu məqaləni hazırlayırıq. Kardio məşqini, məşqdən öncə? yoxsa sonra? Hansı biri düzgün variantdır? Öyrənmək üçün keçək əsas məsələyə...

"Kardionu məşqdən əvvəlmi və ya sonramı etmək lazımdır?" Bu sualı tez-tez verdiyinizə və cavab axtarmağınızda əminik. Çünki vacib sualdır. İdeal bir dünyada, başqa ölkələrdə ağır bir məşqi və ya kardionu ayrı-ayrı günlərdə edərdiniz. Ən azından birini səhər, digərini axşam etmə şansınız var. Ancaq yaşadığımız ölkədəki iş şəraitini və yorğunçuluğu nəzərə alsaq bu yazdıqlarımız, burada mümkün deyil. Buna görədə kardio məşqdən öncəmi? yoxsa sonramı? sualının sizin qarşınıza qoyduğunuz məşq hədəflərinizə baxır.

KARDİO NƏDİR? VƏ NİYƏ VACİBDİR?

İki fərqli fiziki fəaliyyətimiz kardio və ağırlıq məşqi hərəkətləri əzələ hüceyrələrinə fərqli şəkildə təsir edir. Bədənin müqavimətli məşqlərə uyğunlaşması üçün lazım olan hücrəsəl dəyişimlər bədənin kardio və ya ağırlıq məşqlərindən ehtiyac duyduğu şeylərdən fərqlidir. Eyni məşqdə iki növ məşq etdikdə, bu iki stimul bir-birini məhv etməyə çalışır. Bu səbəbdən, kardio bodibildinq yönümlü idman növləri ilə məşğul olan şəxslər üçün lazımsız göstərilir. Hətda çox idmançılar definasiya (yağ yandırma) dövründən sonra ümumiyyətlə kardio məşqinə yaxınlaşmazlar. Ancaq xüsusilə müasir dövrdə ürək ritminizi tənzimləyən və qan dövran sisteminizi gücləndirən kardio, zəruridir. İndiki vaxtda hərəkətlərimizi minimuma endirmək üçün bütün vasitələrə sahib olduğumuz üçün mümkün qədər az hərəkət edirik. Əslində, lift yerinə pilləkənlərdən istifadə edərək və ya yaxın məsafələri nəqliyyat yerinə yeriyərəkdən getsək ürək döyüntülərini bu yollarla sürətləndirərək bədənimizi həmişə diri tuta bilərik.

ÖNCƏLİK HANSIDIR?

Kardio məşqinin sağlamlığınız üçün faydalı olduğunu mənimsəməlisiniz. Kardio məşqlərini ağırlıq məşq proqramlarının bir parçası halına gətirməlisiniz. Birdə təbii ki, kardio məşqlərini etdikdə əzələ itirməklə bağlı danışıqlara fikir verməməlisiniz. Bu kardio məşqini mənimsədiyimizə görə indi əsas suala keçirik. İki məşqi (ağırlıq və kardio) bir yerdə necə etmək lazımdır?

Hədəfiniz əzələ böyütməkdirsə öncə kardio məşqini edin. Ağırlıqdan öncə və ya sonra kardio məşqi etmənin hormonal reaksiyasını ölçən bir grup şəxs, kişilərdə testosteron kimi anobolik hormonun ağırlıq məşqinin kardio məşqindən sonra etdikdə daha çox yüksəldiyini testlərlə əldə ediblər. Eyni şeyin qadınlarda da reaksiyasının eyni olduğunu görülüb.

Əzələ kütləsi yerinə dözümlülük məşqləri edənlər üçünsə tam tərsi keçərlidir. Başqa bir araştırmada isə ağırlıq və kardionun yerini dəyişdirəndə fərqli genlər təsbit edildi. Əsasən məşqin sonunda sonlandırdığınız hərəkətin uyğunlaşma təsiri daha var. Kardio məşqini sonda etmənin ağırlıq qaldırmağın anobolik təsirini itirərək əzələlərin daha çox parçalanmasına səbəb olur. Ağırlıq məşqini sonda etmənin isə protein sintezinin əzələnin böyüməsində iştirakı aktiv olur.

QÜSURSUZ ZAMAN

Məsələ seçim deyil - kardionu hansı vaxtda etdiyinizdə bədəninizin buna olan reaksiyasını ən yaxşı siz bilirsiniz. Doğru kardionun vaxtını bilməniz üçün bu ən başda gələn şeylərdən biridir. Sıranın vaxtını tapdıqdan sonra qaçış alətinin üstündə qaçmaqdan həzz alacaqsınız...