DOPİNG HAQQINDA ÜMUMİ MƏLUMAT

Əzələlərin gücünü artıran dərman pereparatları zərərlidirmi? İdmanın kulturizm (Bodybuilding) növü ilə məşğul olanlar arasında bədən əzələlərini gücləndirmək, formalaşdırmaq üçün “dopinq” adlı dərman pereparatlardan istifadə edənlər haqqında dəfələrlə eşitmişik. Əgər siz də o dərmanlardan istifadə etmək istəsəniz, tövsiyə edirik ki, onun əks təsiri haqqında daha çox mütaliə edəsiniz. Başlanğıc üçün bu məqalə ilk addım sayıla bilər. Bəzi idmançılar hər hansı bir yarışda rəqib üzərində qələbə qazanmaq üçün qiymətindən asılı olmayaraq onu alır və istifadə edir. İlk baxışda bu dərmanlar fiziki gücü artırsa da onu insan həyatı üçün təhlükəsiz hesab etmək olmaz. Bu tipli dərmanlardan uzun müddət istifadə etməyin nə ilə sonuclandığı hələ kifayət qədər tədqiq olunmayıb. Pereparatın insan bədənində sürətlə müəyyən müsbət keyfiyyət yaratdığını bilmək, o dərmanın xeyir və zərərləri haqqında kifayət qədər informasiya əldə etmək demək deyil. Əzələləri gücləndirməsini nəzərə alıb mümkündür onun faydasının zərərindən çox olduğunu düşünəsiniz. Ona görə də dopinq tipli dərmanlar haqqında mütaliə etməyə dəyər. Anabolik-steroid O dərmanlara “Anabolik-steroid” da deyilir. Bəzi idmançılar əzələlərin gücünü artırmaq üçün ondan istifadə edirlər. Anabolik-steroid kişilərin bədənində yaranan bir hormondur. “Testosteron” əsəsən iki şəkildə orqanizmə güclü təsir edir: Əzələləri və kişilərdə cinsi qüvvəni gücələndirir. Bu dərman üz tüklərinin artması və səsin qalınlaşmasına səbəb olur. Bəzi idmançılar fiziki gücünü artırmaq üçün testosterondan istifadə edirlər. Amma çoxları onun süni şəkildə hazırlanmış növündən istifadə edirlər. Bu dərmanların deyilən təsirlərə malik olması tibb aləmində təsdiqlənib. Bu dərmanlar həb, iynə (ampul) və krem şəkildə olur. Anabolik-steroid növünə aid olan dərmanlar arasında aşağıdakıları da saymaq olar: Metiltestostron, oksandrolon və oksimetolon. Bu dərmanlar idmancılar üçün nə üçün maraqlıdır?! Bu dərmanlar əzələləri inkişaf etdirməklə yanaşı onun tərkibində olan anaqolik maddələr hər hansı ağır fiziki güc tətbiq edənin yorulmasının qarşısını alır, sürətlə onu adi hala qaytarır. Bu dərmanlar idman çalışmalarında baş verə biləcək xəsarətlərin qarşısını alır. İdmançılar hücum və rəqabət gücünü artırmaq üçün ondan istifadə edirlər. Dərmanın dozasını həkim təyin edir. Bu dərmanlardan istifadə etmək kişilərdə sinələrin böyüməsinə, yumurtalıqların sıradan çıxmasına, qadınlarda isə səsin qalınlaşmasına səbəb ola bilər. Cinsiyyət üzvlərinin böyüməsi, bədəndə tüklərin çoxalması həm kişi, həmə də qadınlarda ciyər və böyrək problemi yarada bilər. O qanın təkibində müsbət elementləri azaldıb, mənfi elmentləri çoxaldır. Bu dərman ampulundan istifadə edənlər kobud və kontrolsuz davranışa, psixoloji çatışmazlıqla düçar olur. Depressiya, dərmana aludəlik, hepatit və immun çatışmazlığı xəstəlikləri onun digər mənfi təsirlərindəndir. Gənclər bu dərmandan istifadə etdikləri zaman onların fiziki inkişafı dayanır, qısaboyulu olurlar. Onlar sonrakı yaşlarda da digər xəstəliklərlə üzləşirlər. Beynəlxalq idman qurumları yarışlarda qalib olmaq üçün bu dərmandan istifadə etməyi qanuni saymır. Belə dərmanları almaq isətəyənlər qara bazara üz tutmalı olurlar. Bu da onların, qeyri-standart dərman alaraq aldanmasına, həyatları üçün təhlükə yaranmasına səbəb olur. Keratin İdmançılarıdan çoxu gücləndirci dərmanlardan başqa, xüsusi qida maddələrindən də istifadə edirlər. Bu xüsusi yemək və ya qida maddəldəri toz və ya həb şəklində olur. Onları həkim nüsxəsi olmadan da əldə etmək mümkündür. Çox ehitimal ki, idmançlar, bu qida maddələri arasında daha çox keratinə üstünlük verir. Keratin təbii olaraq insan bədənində yaranan bir maddədir. İnsan bu maddənin vasitəsi ilə müəyyən fiziki iş üçün enerji əldə edir. Elmi tədqiqatlar keratinin fiziki enerjinin tətbiqi zamanı təsirini təsdiqləyir. Keratin əzələlərə kömək edir. Hüceyrələrdə olan adenozintrifosfat qida maddələrini sintez edib enerji yaradır və onu qana nəql edir. Bu maddə dərhal tətbiq oluna bilən xüsusi sıçrayışlı güc yaradır. Ona görə də daha çox ağır atletka növündə, idmançılar ondan istifadə edirlər. Yüngül atletikada ondan istifadə edilməsi faktı ilə üzləşməmişik. İnsan ciyəri gündə iki qram keratin ifraz edir. Ət yeməklərindən istifadə etmək bədəndə daha çox keratinin yaranmsına səbəb olru. Keratin əzələlərdə toplanır. Toplanmış maddə bədəndə asınlıqla qorunur. Keratin bədəndə çox olduğu zaman böyrəklər vasitəsi ilə bədəndən xaric olur. Tibbi baxımdan əzələlərində kifayət qədər keratin toplanmış şəxs keratin kimi qida maddələrindən istifadə etməməldir. Keratin digər yeyinti məhsulları ilə də qarışdırılır. Belə məhsulları dükanlardan rahatlıqla əldə etmək olur. Bu isə dopinqə meylin artmasına zəmin yaradır. Keratinin əks təsirləri: idmançının fəaliyyət dövrünü azaldır (idmançı, uzun müddət idman sahəsində fəlaiyyət göstərə bilmir), ürəkbulanması, əzələ spazması, ishal və çəkinin artmasına səbəb olur. Mümkündür çəkinin artaması idmançı üçün arzu olunan hal sayılsın. Amma ondan uzun müddət isitfadə etmək əzələlərdə mayelərin toplanmasına səbəb olur ki, bu da öz növbəsində əzələlərin daha çox artması, çoxalması ilə sonuclanır. Yaranmış əzələ səthi təbii olaraq bədənin digər nahiyələrindəki suyu özünə çəkir. Ona görə də bədəndə su çatışmazlığı təhlükəsi yaranır. Yüksək dozalı keratin ciyər və böyrək üçün zərərlidir. Uşaq və yeniyetmələrin keratindən uzun müddətli istifadə etməsinin mənfi nəticələri araşdırılmayıb. Ona görə də yaşı on səkkizdən aşağı olanların ondan istifadə etməsi tövsiyə olunmur. Hərəkətverici dərmanlar Hərəkətəndirici dərmanlar idmançılrın əsəb sistemini xüsusi təsir göstərməklə urəyin döyüntüsünü çoxaldır, onun yaratdığı qıcıqlanma hərəkəti sürətləndirir. Bu dərmanlar yorğunluğu aradan qaldıırır. İştahanı artırır, adamı yüksək reaksiyalı edir, hücum etmək qabiliyyətini gücləndirir. Hərəkətverici dərmanlardan bəzilərinin adlarını nəzərinizə çatdırırıq: kafein, anfitamin və sair. Bu dərmanlar fiziki çeviklik yaratmaq təsirinə malikdir. Bundan başqa, hücum ruhiyyəsnini gücləndirməklə mübarizədə rəqibə qalib olmaq imkanı verir. Onlar da əks təsirə malik olan dərmanlar sırasına aid edilir. Hərəkətverici dərmanların əks təsiri: İdmançını tezliklə sıradan çıxarır, (orqanizmi təbii haldan çıxarır), sinir sistemini korlayır, yuxusuzluğa səbəb olur. İstifadəçi, adət edib daim ondan asılı ola bilər. Beləcə mütəmadi olaraq ondan istifadə ilə sonuclanar. Bu isə o deməkdir ki, hər dəfə daha yüksək (tibbi cəhətdən təhlükəli sayılan) dozadan istifadə edəcək. Ürəkdöyünmə, ürəyin kardioqram ritminin dəyişməsi, çəkinin azalması, əlin titrəməsi, qan təzyiqinin yüksəlməsi və ürək bulanması onun əks təsirlərindəndir. Unutmamalıyıq ki, “sehirli şərbət” və ya dəva-dərmanla deyil, çox ciddi zəhmət və çalışmaqla yaxşı idmançı olmaq mümkündür. Sözün qısası, elə bir dərman yoxdur ki, insanı sürətlə - ani olaraq idmançıya çevirsin!