7 FITNESS MOBİL PROQRAMI

Məşq zalında olan məşq siniflərinin keyfiyyətini mobil telefonuna və evinə daşıyan məşq mobil əlavələrinin yeni dalğası ilə tanış ol…

İşin qızğın çağında evlə iş arasındakı gediş-gəliş sənə əsl cəhənnəmi yaşadanda işdən əvvəl və ya sonra idman zalına getmək demək olar ki, mümkünsüz bir tapşırığa çevirilir. Xüsusilə də divan səni şirin-şirin çağırırsa, heç bir qüvvə səni başqa bir şey etməyə, hələ-hələ məşq etməyə sövq edə bilməz. Lakin bu böyük problemlə mübarizə aparmaq üçün çox uyğun olan məşq mobil əlavələri işlənib hazırlanmışdır. Netflix və ya Amazon Prime mobil əlavələrilə oxşar olan abunəlik modelləri ilə bu mobil əlavələr yüksək keyfiyyət, professional məşqlər və tez-tez göstəriciləri izləmə proqramlarını təmin edir. Üstəlik bunların hamısı sənin məşq zalına verəcəyin aylıq üzvlük ödənişindən daha ucuz qiymətə seçdiyin cihaza göndərilir. İnsanlar arasında cib məşqi olaraq tanınan bu məşq üslubu bir neçə formada təzahür edə bilir: onların bəziləri digər sinifdən olan iştirakçıları reytinq sırasına bölmək üçün liderlik cədvəlindən istifadə etməklə bir qrup şəxs arasında rəqabət yönümlü bir mühit yaradarkən, digər növ proqramlar isə yəni səs ilə məşq prosesini həyata keçirir ki, bu da sənin istənilən yerdə, istənilən zaman məşq etməyinə imkan verir. Bu sıralara qoşulmağa hazırsan? Bunun üçün ilk növbədə sənə lazım olan şey özünü divandan ayırmaqdır…

1. SweatFlix

Kimlər üçündür: HIIT və flow yoqanı sevənlər

Nə üçün bu qədər yaxşıdır: Sənin 1600-dən artıq “Bodyrock” siniflərinə giriş imkanın yaranır. 12 dəqiqəlik ekran məşqləri aerobik hərəkətlərin qısa xülasəsi ilə birləşir. Bu məşq prosesi metabolizmi sürətləndirmək və müntəzəm məşqdəkindən 9 dəfə daha çox kalori yandırmaq üçün layihələndirilmişdir. Siniflər həm səviyyəyə (başlanğıc, orta və yüksək səviyyə), həm də auditoriyaya (doğum sonrası, yoqa fanatları və HIIT fanatları) uyğun olaraq qruplaşdırılmışdır.

Mövcuddur: iOS, Apple TV, Android

Qiyməti: 1 aylıq pulsuz sınaq müddəti; aylıq ödəniş $9.99 (£7.94)

2. Peloton

Kimlər üçündür: Spin Bike sevənlər

Nə üçün bu qədər yaxşıdır: Hugh Jackman, Obama ailəsi və David Beckham Pelotonun qapalı dövriyyəsinin fanatları hesab olunurlar. Bu, cib məşqləri üçün mobil əlavə hesab olunur lakin burada olan ulduz 8.000-dən artıq sinifə sahib olan, New York HQ-dan başlayaraq 14 gündəlik canlı siniflərə yayım nəzərdə tutan 22 inçlik HD touchscreen quraşdırılmış spin velosipedləri hesab olunur. Göstərici və məlumatları izləyən qurğular sənin ürək döyüntülərinin fəaliyyətinə diqqət ayırır və səni digər istifadəçilərin də yer aldığı reytinq sıralamasında bir yerə qoyur. Gəzinti tridmil versiyası hesab olunan Peloton Tread isə Birləşmiş Krallıqda ilkin sifariş üçün uyğundur.

Mövcuddur: iPhone, Android

Qiyməti: velosiped üçün £1,995, bundan əlavə tam abunəlik üçün aylıq £39.50.

3. Studio

Kimlər üçündür: Qaçışı sevənlər

Nə üçün bu qədər yaxşıdır: 10 dəqiqədən tutmuş 1 saata qədər sessiya müddəti olan, başlanğıc səviyyədən tutmuş elit səviyyəyədək olan şəxslər üçün treydmil və qaçış məşqləri kitabxanası olan bir mobil əlavə. Bu mobil əlavənin məşq prosesi audio-səs əsaslıdır. Əgər Apple Watch-ın varsa, onda ekrana baxmaq məcburiyyətindən də azadsan. Və əlbəttə ki, bu proqram da digərlərində olduğu kimi səni reytinq cədvəlində haqqın olan pilləyə yerləşdirir (sən hər-hansı sinifə daxil olan istənilən şəxslə mübarizəyə girişirsən). Günaşırı yeni siniflər yaradılır və burada həmçinin qaçışını tamamlamaq üçün güc məşqləri də yer alır.

Mövcuddur: iOS

Qiyməti: İki həftəlik pulsuz sınaq müddəti; aylıq ödəniş $14.99

4. The Boxx Method

Kimlər üçündür: Boks, yoqa və HIIT sevənlər

Nə üçün bu qədər yaxşıdır: Əgər boks məşqləri ilə məşğulsansa və ya bu idman növü sənin diqqətini özünə cəlb edirsə, Boxx sənə yoqa, güc məşqləri və HIIT idman növünün məşqlərini təklif edir. Siniflərə həvəsləndirici məşqçilər rəhbərlik edir və bütün məşq prosedurları asanlıqla yüklənə, onlayn rejimdə belə baxıla bilər. Mobil əlavə Apple Watch ilə qoşulmanı təklif edir ki, bununla da proqramlaşdırılmış məşqlər üçün təqvim funksiyası və məqsədlərini izləməyə imkan verən məşq planları uyğun vəziyyətə gəlmiş olur (ya da sən sadəcə tək siniflərdə olursan).

Mövcuddur: iOS, Android

Qiyməti: 14 günlük pulsuz sınaq müddəti; aylıq ödəniş haqqı £9.99

5. Aaptiv

Kimlər üçündür: Kardio məşqlərini sevənlər

Nə üçün bu qədər yaxşıdır: Güc və yoqa məşqləri daxil olmaqla 2500-dən artıq professional yönümlü audio məşqlərlə Aaptiv proqramına qarşı çox böyük maraq formalaşıb. Burada çoxlu sayda qaçış, treydmil, boks məşqləri, spin, elliptik və avarçəkmə sinifləri mövcuddur. İstər evdə, istər məşq zalında, istərsə də çöldə hərtərəfli məşq alətləri üçün məqsədlərin qoyulduğu funksiyalar və detallı məşq planları hazırlanır. Qaçış sevərlər bir qeyd götürsün: yarış məşq planları Strava daxil olmaqla istənilən tanınmış, məşhur qaçış mobil əlavələri ilə yarışır.

Mövcuddur: iOS (Apple Watch daxil olmaqla), Android

Qiyməti: 7 günlük pulsuz sınaq müddəti; aylıq ödəniş haqqı $8.33

6. Our Body Electric

Kimlər üçündür: Tam bədən məşqlərini sevənlər

Nə üçün bu qədər yaxşıdır: Gündəlik canlı bağlantıların olduğu məşqlər, üstəlik 500-dən artıq böyük tələbatın olduğu sessiyalar. Bunların hamısı pozitiv şəkildə, məşqçilərlə birlikdə çatdırılır. OBE (Our Body Electric) xüsusilə 3 sahəyə istiqamətlənmişdir: güc, kardio və dartınma. Bundan əlavə 28 dəqiqə davam edən “imza” sinifləri və 5-15 dəqiqə arasında olan “ekspres” sinifləri.

Mövcuddur: iOS, Apple TV, Chromecast, tezliklə Androiddə

Qiyməti: 7 günlük pulsuz sınaq müddəti; aylıq ödəniş haqqı $27

7. FIIT

Kimlər üçündür: Göstərici və məlumatları yoxlamağı sevənlər

Nə üçün bu qədər yaxşıdır: FIIT-in üç sütunu ürək, güc və dartınma hesab olunur. Bunların hamısı həvəs saçan yüksək səviyyəli təlimçilər tərəfindən çatdırılır. Limitli sayda olsa da, siniflərə baxmaq pulsuz ola bilir. Lakin sənə əminlik veririk ki, məşq prosesi zamanı sənin inkişaf templərini nəzərdən keçirən və canlı reytinq cədvəli quran, dəqiqliklə geyinilə bilən fitnes cihazlarını əldə etmək üçün abunəlik ödənişini etməyə dəyər. Abunələr eyni zamanda informativ, ətraflı qidalanma planları, limitsiz siniflər və eksklüziv məzmunlar əldə etmək imkanını da yaradır.

Mövcuddur: Yalnız Birləşmiş Krallıqda iOS-da

Qiyməti: Pulsuz limitli xidmət; tam abunəlik üçün illik ödəniş £120.

Red Bull